
“Mançester Siti”nin müdafiəçisi əməliyyat olundu
- 05 Mar 2025 14:00
- 59
“Mançester Siti”nin müdafiəçisi Natan Ake ayağından əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Niderland millisinin üzvü İngiltərə kubokunun 1/8 finalında “Plimut”la oyunda (3:1) zədələnmişdi. Akenin sağalma vaxtı açıqlanmayıb. İngiltərə mətbuatı onun üçün mövsümün bitdiyini yazır.
30 yaşlı müdafiəçi bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 18 oyun keçirib.