İngiltərə yığmasının sabiq futbolçusu Kris Uoddl “Mançester Siti”nin Cek Qrilişi transfer etməsinə münasibət bildirib.

Rekord.az xəbər verir ki, Uoddla Cekə görə 138 milyon avro ödənilməsinin yanlış olduğunu bildirib.

O, belə qiymətin bazara təsir edəcəyini vurğulayıb:

“Qriliş yaxşı futbolçudur, amma bütün hallarda ona görə bu qədər pul ödənilməməlidir. Əgər o, 138 milyon avroyadırsa, onda Son neçəyədir? O, daha çox qol vurur, daha çox qol ötürməsi edir.

Cekin transferi digər klublar üçün də müəyyən hədd müəyyənləşdirdi. Onlar deyəcəklər ki, mənim də futbolçum bu qiymətə layiqdir.

Məsələn, Cek 138 milyonadırsa, onda Son 173, Harri isə 200 milyona olmalıdır. “Mançester Siti” onu bu qiymətə almaqla öz ayağına güllə vurub”.