"Mançester Siti"nin prezidenti: "Gəlir əldə edən klubuq, borcumuz yoxdur"
- 20 Fev 2020 15:25
- 620
"Mançester Siti"nin prezidenti Ferran Soriano UEFA-nın klubu 2 mövsümlük avrokuboklarına uzaqlaşdırması ilə bağlı qərarını şərh edib.
Cempion.az xəbər verir ki, o, klubun saytına açıqlamasında maliyyə "feyr pley" qaydalarını pozmadıqlarını deyib:
"Azarkeşlərimiz iki şeydən əmin ola bilər. Birincisi, bizə edilən ittihamlar yanlışdır. İkincisi, bunu sübut etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik".
UEFA ilə hər zaman işbirliyi qurduqlarını vurğulayan Soriano daha sonra bildirib: "Gəlir əldə edən klubuq, borcumuz yoxdur. Hesablarımız dəfələrlə araşdırılıb. Təcrübələrimizə görə, verilən qərar hüquq olmaqdan çox siyasi görünür".