“Mançester Siti”nin sabiq forvardı “Əl İttihad”da
- 29 Yan 2020 21:30
- 810
“Mançester Siti”nin sabiq futbolçusu Vilfrid Boninin yeni iş yeri məlum olub.
Rekord.az xəbər verir ki, 31 yaşlı hücumçu “Əl İttihad” klubuna transfer olunub.
Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin rəsmi saytı məlumat yayıb. Boniylə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
İngiltərədə “Mançester Siti”, “Stok Siti”, “Suonsi” kimi klublarda çıxış edən Boni, Fil Dişi Sahili milli komandasında da 59 oyun keçirib və 18 qol vurub.