İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı Keleçi İheanaço transfer edilib.

27 yaşlı forvard son olaraq İngiltərədə "Lester Siti"nin formasını geyinib. O, bu komandada 232 matçda 61 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.

İheanaço 2015-2017-ci illərdə "Mançester Siti"nin uğurları üçün çalışıb.