“Mançester Siti”nin sabiq qapıçısı Türkiyə klubunda
- 05 Sen 2020 15:44
- 808
Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi rumın qapıçı Kostel Pantilimonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı qolkiperlə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Rumıniya yığmasında 27 oyun keçirmiş Pantilimon, karyerası ərzində “Mançester Siti”, “Sanderlend”, “Uotford”, “Deportivo” kimi klublarda forma geyinib. 2018-ci ildən “Nottingem Forest”də çıxış edən qolkiper, bu il “Omoniya”da icarədə də olub.