"Mançester Siti" sahibi olan "City Football Group" (CFG) şirkəti növbəti klub alıb.

Rekord.az şirkətin saytına istinadən xəbər verir ki, Fransa ikinci liqasında çıxış edən "Troyes"in səhmlərinin sahibi olub. Bununla da şirkət 10-cu klub alıb.

Qeyd edək ki, CFG "Mançester Siti", "Troyes"lə yanaşı, "Lommel" (Belçika), "Nyu-York Siti" (ABŞ), "Melburn Siti" (Avstraliya), "İokoqama F. Marinos" (Yaponiya), "Torke" (Uruqvay), "Jirona" (İspaniya), "Siçuan Szyunyu" (Çin) və "Mumbai Siti"nin" (Hindistan) sahibidir.