“City Football Group Holdinq” şirkəti Fransanın “Trua” klubunu satın aldığını bəyan edib.

Rekord.az xəbər verir ki, 2-ci liqa təmsilçisi şirkətin səhmlərinə yiyələndiyi 10-cu futbol klubu olub.

Sözügedən şirkət “Mançester Siti" (İngiltərə), "Nyu-York Siti" (ABŞ), "Melbrun Siti" (Avstraliya), "Yokohama F. Marinos" (Yaponiya), "Torki Yunayted" (Uruqvay), "Jirona" (İspaniya), "Sıçuan Szyniu" (Çin), "Lommel" (Belçika) və "Mumbay Siti" (Hindistan) klublarının səhmlərinə sahibdir.

“City Football Group” BƏƏ-nin kral ailəsinin üzvü Mansur ibn Zayed Al Nahyana məxsus olan “Abu Dabi United Group”a məxsusdur.

Fransanın Trua şəhərində 1986-cı ildə yaradılan və matçlarını 20 min 400 nəfərlik “Aube” stadionunda keçirən bu komanda 2014/15 mövsümündə Liqa 2-də çempion olub.