“Mançester Siti”nin zədəlilərindən 4-ü sıraya döndü
- 17:00
- 45
“Mançester Siti”nin düşərgəsində yaxşı xəbər var.
Rekord.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqanın 12-ci turunda “Tottenhem”lə oyun öncəsi 4 futbolçu məşqlərə qayıdıb.
Yarımmüdafiəçilər Kevin De Bruyne və Cek Qriliş, eləcə də, müdafiəçilər Con Stouns və Manuel Akanji ümumi qrupa qoşulublar.
“Mançester Siti” – “Tottenhem” matçı noyabrın 23-də keçiriləcək.
“Şəhərlilər” Premyer Liqanın 11 turundan sonra 23 xalla turnir cədvəlinin 2-ci, londonlular isə (16) 10-cu pilləsində qərarlaşıb.