“Mançester Yunayted”in 2022/23 mövsümündə səfər oyunlarında geyinəcəyi formanın fotoları sosial şəbəkədə paylaşılıb.

Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar”ın səfər forması qırmızı rəngdədir.

Köynəyin çiyinlərində qara zolaqlar var. Formanın yaxa hissəsi isə polo stilindədir. Geyimin ağ rəngli boyun və boğaz hissəsində bəzəklər yer alıb.

“Mançester Yunayted”in texniki sponsoru “Adidas” şirkətidir.