İngiltərənin “Mançester Yunayted” klubu koronavirus pandemiyasına görə üzləşdiyi maddi itkilərin məbləğini açıqlayıb.

Rekord.az xəbər verir ki, Premyer Liqa nəhəngi çempionatın dayanmasından bəri 28 milyon funt-sterlinq ziyan edib.

Lakin bu məbləğin daha da artacağı da vurğulanıb. Çünki hələ Premyer Liqanın nə vaxt bərpa olunacağı bəlli deyil. Çempionat bərpa olunsa belə, “qırmızı şeytanlar” turnirin yayım şirkətinə 20 milyon funt-sterlinqlik geri ödəmə edəcək. Lakin MY hələ bu məbləği öz hesabatlarında göstərməyib.

Qeyd edək ki, çempionatın iki aydan çoxdu dayanması ilə əlaqədar bütün klublar teleyayımı təşkil edən şirkətin ödədiyi məbləğin bir hissəsini geri qaytarmalı olacaq.