"Mançester Yunayted"inin baş məşqçisi Ule-Qunnar Sulşer yay transfer dönəmində yollarını ayırmaq istədiyi futbolçuların siyahısını klub rəhbərliyinə təqdim edib.

Sportinfo.az xəbər verir ki, norveçli mütəxəssis 5 oyunçu ilə əməkdaşlığı dayandırmağa hazırdır.

Bunlar müdafiəçi Fil Cons və Kris Smollinq, yarımmüdafiəçi Cessi Linqard və Andreas Pereyra, habelə hücumçu Aleksis Sançesdir. Sulşer satışdan əldə olunacaq vəsaitin kluba güclənməkdə yardımçı olacağına ümid edir.

"Mançester Yunayted" Premyer Liqada 29 oyunda 45 xalla 5-ci pillədə qərarlaşıb.