"Mançester Yunayted" "Borussiya"nın futbolçusuna 90 milyon ödəməyə hazırdı
- 11 May 2021 12:14
- 694
“Mançester Yunayted” “Borussiya”nın (Dortmund, Almaniya) futbolçusu Ceydon Sançonu transfer etmək niyyətindədir.
Rekord.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.
“Mançester Yunayted” 21 yaşlı yarımmüdafiəçi üçün “Borussiya”ya 90 milyon avro ödəməyə hazırdır. “Qırmızı şeytanlar” yayda ingilis futbolçu üçün rəsmi danışıqlara başlayacaq.
Sançonun “Borussiya” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 24 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə edib.