"Mançester Yunayted" Keyni almaqdan imtina edir
- 24 Mar 2020 12:00
- 762
“Mançester Yunayted” hücumçu Harri Keyni almaqdan imtina edir.
Rekord.az xəbər verir ki, buna səbəb Odion İqalonun heyətə cəlb edilməsidir.
"Qırmızı şeytanlar" mövsüm sonu hücum xəttini gücləndirmək niyyətindədir. Lakin “Mançester Yunayted” London təmsilçisinin Keyn üçün tələb etdiyi 150 milyon funt sterlinqi ödəmək iqtidarında deyil.
Buna görə də klub rəhbərliyi komandada özünü göstərməyi bacaran İqalonu transfer edəcək. Nigeriyalı qışda "Şanxay Şenxua"dan icarəyə götürülüb. O, komandada 8 matç keçirib və dörd qol vurub.