"Mançester Yunayted" müdafiəçisi Erik Bayi ilə müqaviləsini yeniləməyi planlaşdırır.

Rekord.az xəbər verir ki, bu barədə "The Sun"nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" artıq 26 yaşlı müdafiəçi ilə danışıqlara başlayıblar. Klub Kot-D'İvuarlı oyunçuya 3 illik yeni müqavilə təklif edir.

Əgər futbolçu razı olmazsa, Premyer Liqa təmsilçisi onu bu yay satacaq.

Qeyd edək ki, Beilli bu mövsüm 13 matça çıxıb və 1 qolun ötürməsini verib. Onun klubla müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.