“Mançester Yunayted”ın qapıçısı Din Henderson “Nottinhem Forest”ə keçəcək.

Rekord.az xəbər verir ki, yerli mənbələrin xəbərinə görə, ingilis futbolçunun icarəsi ilə bağlı danışıqlar bu həftə yekunlaşacaq.

Din növbəti mövsümü “Nottinhem Forest”də keçirəcək. Qeyd edək ki, “Nottinhem Forest” yeni mövsümdən premyer-liqada çıxış edəcək.