
“Mançester Yunayted” qələbəni əldən verdi, “Latsio” məğlub oldu
- 11 Apr 2025 01:01
- 80
Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, bütün oyunlar bu gün keçirilib.
“Latsio” səfərdə “Bodo Qlimt”ə uduzub. “Atletik” isə səfərdə “Reyncers”lə bacarmayıb. “Tottenhem” də evdə “Ayntraxt”la “sülh bağlayıb”. “Mançester Yunayted” də səfərdə Lion “Olimpik”i üzərində qələbəni əldən verib.
Cavab qarşılaşmaları aprelin 17-də keçiriləcək.
Avropa Liqası
1/4 finalın ilk oyunları
10 aprel
“Bodo Qlimt” (Norveç) - “Latsio” (İtaliya) 2:0
Qollar: Saltnes, 47; 69.
“Tottenhem” (İngiltərə) - “Ayntraxt” (Almaniya) 1:1
Qollar: Porro, 26 – Ekitike, 6.
“Olimpik” (Lion, Fransa) - “Mançester Yunayted” (İngiltərə) 2:2
Qollar: Almada, 26. Şerki, 90+5 – Yoro, 45+5. Zirkze, 88.
“Reyncers” (Şotlandiya) - “Atletik” (İspaniya) 0:0