Deyəsən, “Yuventus” Kriştiano Ronaldodan, sadəcə canını qurtarıb.

Çünki futbolçuya görə ödəniləcək məbləğin miqdarı və vaxtı bunu iddia etmək üçün tutarlı səbəbdir.

Rekord.az xəbər verir ki, “Mançester Yunayted” Ronaldoya görə “Yuventus”a 15 milyon avro ödəyəcək.

Amma ingilislər bu məbləği 5 il ərzində ödəyəcək. “Yuve”nin büdcəsinə hər il 3 milyon avro ödəniləcək və proses 2026-cı ildə başa çatacaq.

Böyük ehtimalla, həmin vaxta qədər Ronaldo karyerasını da bitirmiş olacaq.