İngiltərə Premyer Liqası XXII turun “Mançester Yunayted” – “Sauthempton” oyunu ilə bağlı qərarını açıqlayıb.

Rekord.az xəbər verir ki, qurum meydan sahiblərinin 9:0 hesabı ilə qalib gəldiyi görüşdə kobud hakim səhvi aşkarlayıb.

Qonaqlara göstərilən iki qırmızı vərəqədən biri ləğv olunub. 86-cı dəqiqədə Yan Bednarekə verilən “qırmızı” düzgün hesab edilməyib və klubun apelyasiyası təmin olunub.

"Sauthempton”un digər futbolçusu Aleksandr Yantskeviç 2-ci dəqiqədə meydandan qovulub.