“Mançester Yunayted” yeni baş məşqçisini açıqladı
- 16:24
- 34
İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda Ruben Amorimə tapşırılıb. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
39 yaşlı portuqaliyalı mütəxəssis bu postda Erik ten Haqı əvəzləyib.
Amorim noyabrın 11-də işə başlayacaq. O, "qırmızı şeytanlar"a qoşulanadək kollektivə Rud van Nistelroy rəhbərlik edəcək.
Amorim son olaraq ölkəsində "Sportinq"də işləyib.