“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 9-cu turunda “Liverpul”la qarşılaşacaq.

Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar” sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Xəbərdə, İspaniya millisinin İsveçlə oyununda (1:1) zədələnən David de Xea ilə ayaq biləyində ağrılar olan Pol Poqbanın “Liverpul”la oyunda olmayacağı bildirilir.

Oktyabrın 20-də keçiriləcək “Mançester Yunayted”- “Liverpul” matçı saat 19:30-da start götürəcək.