İngiltərə Premyer Liqasının 31-ci turunun “Şeffild Yunayted”lə ev oyunu (3:0) “Mançester Yunayted”in futbolçusu Antoni Marsyal üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, sözügedən görüşdə üç qol vuran 24 yaşlı hücumçu "qırmızı şeytanlar"da 7 ildən sonra ölkə çempionatı matçında het-trik edən ilk futbolçu olub.

Bundan əvvəl klubun sabiq futbolçusu Robin van Persi 2013-cü ildə "Aston Villa" ilə görüşdə üç qol vurmuşdu.

Qeyd edək ki, Marsyal bu mövsüm 36 matçda 19 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.