İngiltərənin “Mançester Yunayted” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Erik Bayi zədələnib.

Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer dünən UEFA Çempionlar Liqasında keçirilən PSJ ilə oyundan (2:1) sonra məlumat verib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, 26 yaşlı futbolçu azı 1 aylıq sıradan çıxıb.