"Mançester Yunayted"in futbolçuları Edinson Kavani və Antoni Marsyal zədələniblər.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, onlar İngiltərə Premyer Liqasının 11-ci turunda "Vest Hem"lə matçda sıradan çıxıblar.

Məlumatı klubun baş məşqçisi Ole-Qunnar Sulşer təsdiqləyib.

Hücumçuların Çempionlar Liqasında "Leypsiq" və ölkə çempionatında "Mançester Siti" ilə görüşü buraxa biləcəyi vurğulanıb.

Qeyd edək ki, "Vest Hem" - "Mançester Yunayted" görüşü qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.