“Mançester Yunayted”in qapıçısı David De Xea zədəsini sağaldıb.

Rekord.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 10-cu turunda “Sauthempton”la oyunda (2:3) sıradan çıxan qolkiper artıq məşqlərə də başlayıb.

Bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb. 30 yaşlı ispan futbolçunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində PSJ-yə qarşı keçiriləcək oyunda iştirak etməsi gözlənilir. Lakin bu, onun çıxışından heç də tam razı olmayan baş məşqçi Ule Qunnar Sulşerin verəcəyi qərardan asılıdır. 

Qeyd edək ki, “Mançester Yunayted” – PSJ matçı dekabrın 2-də keçiriləcək.