“Tromse”nin hücumçusu İsak Hansen-Aaren İngiltərənin “Mançester Yunayted” klubuna transfer olunub.

Rekord.az xəbər verir ki, bu barədə Norveç klubunun saytı məlumat yayıb.

Norveçlilərin qeyri-adi istedadlı futbolçu adlandırdıqları 16 yaşlı hücumçu hazırda İngiltərədədir və klubun akademiyasında məşqlərə başlayıb.

Qeyd edək ki, o, artıq 15 yaşındaykən yetirməsi olduğu “Tromse”nin əsas komandasında debüt edib və 7 rəsmi matçda oynayıb. O, bu oyunların birində qol ötürməsi verib.