![photo](https://www.rekord.az/storage/uploads/5/s-253.jpg)
“Mançester Yunayted”də yeni kapitan
- 20 İyl 2023 20:11
- 303
“Mançester Yunayted”in yeni kapitanı müəyyənləşib.
Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar”ı bundan sonra meydana Bruno Fernandes sarğı ilə çıxaracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Mançester klubunun son illərdəki kapitanı Harri Maquayr idi. Lakin o, bir müddət öncə kapitan sarğısından məhrum edilib.