“Mançester Yunayted”də yeni müqavilə
- 16 Mar 2021 11:24
- 609
İngiltərənin “Mançester Yunayted” klubu gənc yarımmüdafiəçisi Hannibal Meybri ilə müqavilənin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
18 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı vurğulanıb. Lakin müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, komandanın gələcək ulduzlarından hesab olunan Meybri, 2019-cu ildə “Monako”dan transfer edilib. Tunis əsilli fransalı futbolçu, həmin dövrdən bəri “qırmızı-şeytanlar”ın U-21 komandasında forma geyinirdi.
Hannibal bu mövsüm gənclərdən ibarət komandanın heyətində meydana çıxdığı 18 çempionat matçında 4 qol və 7 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Bu üzdən onun əsas komandaya da dəvət olunması gözlənilir.