İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Skott Maktomineylə müqavilənin müddətini uzadıb. 

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2025-ci ilə qədər nəzərdə tutulub. 

Qeyd edək ki, Skott Maktominey bu mövsüm 28 oyunda meydanda olub, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.