Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “Milan” klubu ilə ilk oyun “Mançester Yunayted”in yarımmüdafiəçisi Amad Diallo Traore üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, 1:1 hesabıyla başa çatan qarşılaşmada komandasının yeganə qolunu məhz Traore vurub.

“Old Trafford”da baş tutan matçın 46-cı dəqiqəsində meydana çıxan Amad Diallo, 50-ci dəqiqədə vurduğu qolla komandasını hesabda önə keçirib. Lakin “qırmzı şeytanlar” son dəqiqələrdə buraxdıqları qol nəticəsində qələbəni əldən veriblər - 1:1.

Qeyd edək ki, bu, Amad Diallonun “Mançester Yunayted”in heyətində ilk qoludur. Fil Dişi Sahilindən olan vinger, İngiltərə klubunun heyətində avrokuboklarda qol vurmağı bacaran ən gənc (18 yaş 243 gün) əcnəbi futbolçu olub.