İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Bruno Fernandes komandanın rekordçusu olub.


Rekord.az xəbər verir ki, portuqaliyalı futbolçu bunu İngiltərə Premyer Liqasının 16-cı turunda "Mançester Siti" (2:1) ilə oyunda penaltidən fərqlənməklə reallaşdırıb.


30 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"in heyətində 25 penaltidən 21-ni qolla tamamlayıb. O, bu göstəricidə komandanın sabiq futbolçusu Ueyn Runini qabaqlayıb. Keçmiş hücumçu 28 penaltidən 20-də topu qapıdan keçirməyə nail olmuşdu.


"Mançester Yunayted" hazırda turnir cədvəlində 22 xalla 13-cü pillədə qərarlaşıb.