İngiltərənin "Mançester Yunayted" klubu təcrübəli futbolçusu Conni Evansla müqavilə müddətini uzadıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"la 36 yaşlı oyunçu arasında 1 illik yeni sözləşmə imzalanıb.

"Mançester Yunayted"in yetirməsi olan şimali irlandiyalı müdafiəçi ötən mövsüm 30 oyunda meydana çıxıb.