“Mançester Yunayted”in 93 il sonra ən pis nəticəsi
- 25 Dek 2023 12:40
- 289
İngiltərənin "Mançester Yunayted" komandası cari mövsüm keçirdiyi 26 oyunun 13-də məğlub olub.
Rekord.az xəbər verir ki, bu, "qırmızı-şeytanlar"ın 1930/1931 mövsümündən sonra ən pis göstəricisidir.
Komanda 93 il əvvəl, 1930/1931 mövsümündə Milad bayramına qədər 16 dəfə uduzub.
Xatırladaq ki, "Mançester Yunayted" 18 turdan sonra 28 xalla 8-ci pillədə qərarlaşıb.