İspaniyanın "Vilyarreal" klubu İngiltərə təmsilçisi "Mançester Yunayted"in futbolçusu Villi Kambvalanı transfer edib.

Rekord.az "sarı sualtı qayıqlar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Kambvala 2020-ci ildən "qırmızı şeytanlar"da çıxış edirdi. O, ötən mövsüm, Premyer Liqada və İngiltərə Kubokunda "Mançester Yunayted"in heyətində 10 oyun keçirib.