“Mançester Yunayted”in futbolçusu kollektiv məşqlərə qoşulub
- 13:20
- 21
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Meyson Maunt zədəsini sağaldaraq kollektiv məşqlərə qoşulub.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı ingiltərəli yarımmüdafiəçi avqustun sonunda diz bağından zədə almışdı. O, bu mövsüm bütün turnirlərdə 5 oyun keçirib və 2 sarı vərəqə alıb.