“Mançester Yunayted”in futbolçusu PSV-də
- 13:40
- 25
"Mançester Yunayted" müdafiəçisi Tayrell Malasiyanı PSV-yə icarəyə verib.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı niderlandlı futbolçu mövsümün sonuna qədər öz ölkəsində oynayacaq.
2022-ci ildə "Mançester Yunayted"ə transfer olunan Malasiya uzun müddət zədədən əziyyət çəkdiyi üçün forma şansı qazanmayıb. O, Premyer Liqa klubunun heyətində ümumilikdə 39 oyuna çıxıb.