“Mançester Yunayted”in futbolçusu uzun müddətə sıradan çıxıb
- 22 Fev 2024 16:00
- 219
“Mançester Yunayted”in müdafiəçisi Luk Şou uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Rekord.azxəbər verir ki, 28 yaşlı ingilis futbolçu Premyer Liqanın 25-ci turunda “Luton”la oyunda (2:1) əzələsindən zədə alıb. Klub bununla bağlı rəsmi saytında açıqlama edib:
“Zərərin şiddətini müəyyən etmək üçün əlavə qiymətləndirmə hələ də lazımdır. Lakin biz onun bir neçə ay meydandan kənarda qalacağını gözləyirik”.
Şou bu mövsüm ikinci zədəsini alıb. Müdafiəçi əvvəl Premyer Liqanın 2-ci turunun oyununda aldığı zədə səbəbindən 3 aya yaxın oynamayıb.