“Mançester Yunayted”in hücumçusu üçün mövsüm bitdi
- 05 Apr 2021 20:00
- 602
“Mançester Yunayted”in zədəli futbolçusu Antoni Marsyalın son durumu məlum olub.
Rekord.az xəbər verir ki, fransız hücumçu zədə səbəbindən mövsümün geridə qalan hissəsini buraxacaq.
Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer klubun mətbuat xidmətinə açıqlamasında deyib. Sulşer, Fransa yığmasının düşərgəsində zədələnən Marsialın bu mövsümün qalan hissəsini buraxacağını bildirib.
25 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunun Qazaxıstanla səfər matçında (2:0) sıradan çıxıb.