"Mançester Yunayted" 2021/2022 mövsümündə geyinəcəyi yeni ev formasını təqdim edib.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, ənənəvi olaraq qırmızı və ağ rənglərdən ibarət olan forma retro tərzdə hazırlanıb. Yeni forma klubun 1960-cı illərdə geyindiyi formaya bənzəyir.