“Mançestr Yunayted”in sabiq futbolçusu Ravell Morrison oğurluq etdiyini boynuna alıb.

Rekord.az xəbər verir ki, Ravel “Mançester Yunayted”də oynayarkən komanda yoldaşlarının butslarını oğurlayırmış.

O, bu hərəkəti ailəsini dolandırmaq üçün etdiyini bildirib:

“Yadımdadır, bir dəfə məni Ferdinandın butslarını oğurladığım üçün paltardəyişmə otağından qovdular. Həmin vaxt mən ancaq təqaüdlə dolanırdım.

Butsa görə isə 290 funt qazana bilərdim. Əgər ikisini oğurlasaydım, təxminən 600 funt əldə edəcəkdim və gedib “kitayski” ucuz buts alacaqdım.

Ferdinand və Runi üçün həddindən artıq buts göndərirdilər. Hər dəfə 20-30 cüt. Düşünürdüm ki, onlardan bir cütünü götürmək zərərli olmaz.

Bu bir cüt evdə masaya bir qədər yemək qoyacaqdı. Amma bu hərəkətin belə böyük bir problem yaradacağını anlamadım”.