İngiltərənin “Mançester Yunayted” klubunun sabiq məşqçisi Benni Makkarti Keniya millisini çalışdıracaq.


Rekord.az xəbər verir ki, bu barədə Keniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.


47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.


Cənubi Afrika yığmasının sabiq futbolçusu 2022–2024-cü illərdə “Mançester Yunayted”də Erik ten Haqın köməkçisi olub.