"Mançester Yunayted"  Ed Vudvordun klubun vitse-prezidenti vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, o,  vəzifəsini 2021-ci ilin sonunda tərk edəcək.

"TalkSPORT" Vudvordun Superliqanın yaradılması ilə bağlı ictimai reaksiya səbəbindən bu qərarını verdiyini yazıb.

Qeyd edək ki, Ed Vudvord 2012-ci ildən Mançester təmsilçisinin vitse-prezidentidir.