“Mançester Yunayted”in yeni transferi 3 aylıq sıradan çıxdı
- 01 Avq 2024 16:45
- 182
İngiltərənin "Mançester Yunayted" klubunun iki futbolçusu zədələnib.
Rekord.az xəbər verir ki, müdafiəçi Leni Yoro və hücumçu Rasmus Höylund sıradan çıxıb.
Onlar "Arsenal"a 1:2 hesabı ilə uduzduqları yoldaşlıq matçında xəsarət alıblar.
Yoro üç ay, Höylund isə 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Yoro iyulun 18-də Fransanın "Lill" klubundan "qırmızı şeytanlar"a keçib.