“Mançester Yunayted”in zədəliləri sıraya döndü
- 18 Mar 2021 14:30
- 540
İngiltərənin “Mançester Yunayted” klubunun zədəli futbolçularından üçü sıraya dönüb.
Rekord.az xəbər verir ki, söhbət “qırmızı şeytanlar”ın yarımmüdafiəçiləri Pol Poqba və Donni van de Bek, eləcə də hücumçu Edinson Kavanidən gedir.
Onlar Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Milan”la cavab qarşılaşması öncəsi komanda ilə məşq ediblər. Məşqçilər korpusunun vacib görüşdə onların da xidmətindən istifadə etməsi istisna olunmur.
Qeyd edək ki, Mançester təmsilçisinin qapıçısı David De Xea da artıq sıraya dönüb. Qızı dünyaya gəldiyi üçün vətəni İspaniyada olan təcrübəli qolkiperin də İtaliya klubu ilə səfər görüşündə iştirak etməsi gözlənilir.
“Milan” – “Mançester Yunayted” görüşü bu gün baş tutacaq. Bu komandalar arasında ilk oyunda qalib müəyyənləşməyib – 1:1.