"Mançester Yunayted"lə oyunu buraxacaq
- 02 Mar 2021 14:20
- 638
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç Avropa Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"lə hər iki oyunu buraxacaq.
Rekord.az goal.com-a istinadən xəbər verir ki, buna səbəb isveçli hücumçunun İtaliya çempionatının 24-cü turunda “Roma” ilə matçda (2:1) zədələnməsidir. 39 yaşlı oyunçu görüşün 56-cı dəqiqəsində əvəzlənib. Onun əzələ zədəsinin olduğu bildirilib.
Qeyd edək ki, "Milan"ın "Mançester Yunayted"lə ilk oyunu 11 martda, cavab qarşılaşması isə 18 martda keçiriləcək.