Mançini: “Kuboku İtaliyaya gətirəcək gücümüz var”
- 19 Apr 2020 12:30
- 694
Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Roberto Mançini koronavirus pandemiyasına görə gələn ilə qədər təxirə salınan AÇ-2020 ilə bağlı hədəflərindən danışıb.
Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis “Sport Mediaset”ə açıqlamasında bunları söyləyib:
“İtaliya yığması 1968-ci ildə Avropa çempionu olub. O dönəmdən bəri ilk dəfə bu kuboku qazana biləcək bir komanda formalaşdırmışıq. Bu qədər ildən sonra AÇ-nin baş mükafatını bura gətirmək möhtəşəm olar. Məncə, bunu həyata keçirə biləcək gücümüz var. Çətin bir dönəmin ardından insanlarımıza milli komandanı sevdirə bildik. Bunu çox yaxşı performans və möhtəşəm nəticələrlə bacardıq. Oyunçularımız da pis olmadıqlarını, sadəcə, özlərinə inanmalı olduqlarını anladılar. AÇ-2020-yə təsnifat mərhələsində qazandığımız 10 qələbə ilə gedəcəkdik. Amma mövcud vəziyyətlə əlaqədar çempionat bir il ertələndi. Fikrimcə, bu, futbolçularımızın qarşıdakı bir ildə öz təcrübələrini daha da artırması üçün bir imkan olacaq”.
Qeyd edək ki, İtaliya AÇ-də Türkiyə, Uels və İsveçyə yığmalarıyla birgə E qrupunda mübarizə aparacaq. Bu qrupun üç oyunu, həmçinin bir 1/4 final qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.