![photo](https://www.rekord.az/storage/uploads/4/mancini-3.jpg)
Mançini rəsmən Səudiyyə Ərəbistanı millisində
- 28 Avq 2023 15:30
- 343
Roberto Mançininin Səudiyyə Ərəbistanı millisinə təyinatı rəsmiləşib.
Rekord.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasının mətbuat xidməti sosial şəbəkələrdə məşqçinin video təqdimatını yayıb.
58 yaşlı mütəxəssislə 2026-cı ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, avqustun 13-də Mançini 5 il çalışdırdığı İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verib.