Bir neçə gün əvvəl vəfat edən Dieqo Maradonanın həkimi Leopoldo Luke xəstəyə kömək göstərməməkdə ittiham olunur.

Rekord.az xəbər verir ki, Argentina prokurorluğu Lukenin haqqında cinayət işi başladıb və onun sənədlərini, kompüterini ələ keçirib.

Luke mətbuata açıqlamasında ittihamların əsassız olduğunu bildirib:

“Nə etdiyimi bilirəm, Maradona üçün əlimdən gələni etdim, buna tam əminəm”.

Maradona noyabr 25-də ürəktutmasından vəfat edib.