"Sabah"la oyunda ağır zədə alaraq ayağı qırılan "Turan Tovuz"un futbolçudu Denis Marandiçinin durumu yaxşılığıa doğru gedir.

Tovuz klubunun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibovun Rekord.az-a verdiyi məlumata görə, moldovalı müdafiəçi hətta mart ayından məşqlərə də başlamaq istəyir.

Lakin həkimlər böyük ehtimalla buna icazə verməyəcək: "Marandiçi çox həvəslidir. Zədəsi sürətlə sağalır. Yaxın günlərdə qoltuq ağacından tam azad olacaq. Hətta istəyir ki, mart ayından məşqlərə başlasın. Lakin həkimlər icazə verməz. Amma bu gedişlə yaya kimi tam sıraya dönə biləcək".