Mariya Stadnik 8 qat Avropa çempionudur!
- 22 Apr 2021 22:48
- 808
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, üçüncü yarış günündə qadınlardan ibarət yığmamızın 3 üzvü mübarizəyə qoşulub.
Millimizin lideri Mariya Stadnik 1,5 illik fasilədən sonra güləş xalçasına inamlı qələbəylə qayıdıb. Təcrübəli güləşçimiz Rusiya idmançısına heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Bu mərhələdə ukraynalı güləşçiyə də aman verməyən Stadnik finala yüksəlib. Aprelin 22-də bolqar güləşçiylə həlledici qarşılaşmaya çıxan Mariya bu rəqibinə də gücünü göstərərək 8-ci dəfə Avropa çempionu olub!
Elis Manolova ilk görüşdə İsveç güləşçisi üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra türkiyəli rəqibinə məğlub olub.
Səbirə Əliyeva startda Estoniya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz aprelin 22-də bürünc medal görüşünə çıxıb. Amma Fransadan olan rəqibi ilə görüş güləşçimiz üçün uğursuz alınıb.
50 kq
1/4 final: Mariya Stadnik - Yekaterina Poleşçuk (Rusiya) 11:0
1/2 final: Mariya Stadnik - Oksana Livaç (Ukrayna) 10:4
Final: Mariya Stadnik - Miqlena Selişka (Bolqarıstan) 7:2
68 kq
1/8 final: Elis Manolova - Tindra Syoeberq (İsveç) 10:2
1/4 final: Elis Manolova - Nesrin Baş (Türkiyə) 3:7
76 kq
1/4 final: Səbirə Əliyeva - Epp Maee (Estoniya) 0:10
Bürünc medal görüşü: Səbirə Əliyeva - Vanessa Veskan (Fransa) 0:13